Azərbaycanın taekvondo hakimləri beynəlxalq yarışa təyinat alıblar
14.05.2025 - 14:32

Azərbaycanın Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva və Elşad Məmmədov beynəlxalq yarışa təyinat alıblar.
Apasport.az ATF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bolqarıstanın Sofiya şəhərində keçiriləcək "Prezident Kuboku" turnirində iş başında olacaqlar.
Qeyd edək ki, turnir mayın 17-nə qədər davam edəcək.
0
0