Azərbaycanın UEFA reytinqində qazancı
17.09.2025 - 10:18

Azərbaycan UEFA reytinqində xallarını artırıb.
Apasport.az xəbər verir ki, bunun səbəbi “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”nı məğlub etməsi olub.
Azərbaycan çempionu Portuqaliya təmsilçisinə 3:2 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,500 xal əlavə edib.
Bununla da Azərbaycanın reytinqdəki xalı 21,500-ə yüksəlib və ölkəmiz Slovakiyanı 0,125 xal qabaqlayaraq 25-ci pilləni ələ keçirib.
Qeyd edək ki, reytinqə 95,450 xalla İngiltərə başçılıq edir.
0
0