Azərbaycanlı FİFA referisi Danimarkada
13.01.2025 - 12:13
Azərbaycanlı FİFA referisi Danimarkada

FİFA referisi Əli Cəbrayılov növbəti dəfə təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu futzal federasiyasının mətbuat xidməti açıqlayıb.

O, AVRO-2026-nın əsas mərhələsi çərçivəsində fevralın 1-də keçiriləcək Danimarka – Qazaxıstan matçında 3-cü hakim funksiyasını yerinə yetirəcək.

Birinci və ikinci referi kimi müvafiq olaraq slovaklar - Rastislav Behancin və Martin Matula təyin edilib. Hakim-inspektor İqor Baboviç (İsveç), UEFA nümayəndəsi Jyrki Filppu (Finlandiya) olacaq.

0