Azərbaycanlı futbolçu “Ankaragücü” ilə peşəkar müqavilə imzaladı
23.06.2025 - 22:28
Türkiyənin “Ankaragücü” klubu Azərbaycan milli komandasının üzvü Həsən Nəzərovla bağlı qərar verib.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi U-19 komandasında çıxış edən 18 yaşlı yarımmüdafiəçi ilə peşəkar müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
II Liqa təmsilçisi azərbaycanlı futbolçu ilə imzalanan sözləşmənin müddəti və detalları barədə açıqlama verməyib.
Qeyd edək ki, Həsən Nəzərov 2023-cü ildə “Ankaragücü”nün akademiyasına qoşulub. Gənc oyunçu ötən ilin yayından əsas komandada çıxış edir.
- İtaliya Superkuboku ənənəvi formatda keçiriləcək
- “Araz-Naxçıvan” Elmar Baxşıyevlə yollarını ayırıb
- Naxçıvan Futbol Federasiyasının prezidentinin şirkətinin qanunsuz fəaliyyəti aşkar edilib
- "Neftçi"nin sabiq futbolçusu Region Liqasında oynayacaq
- Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”
0
0