Azərbaycanlı futbolçu Türkiyə klubunda
26.03.2026 - 13:01
Azərbaycanlı futbolçu Türkiyə klubunda

“Konyagücü” azərbaycanlı futbolçu Denis Ədilovu rənglərinə bağlayıb.

Apasport.az xəbər verir ki, klubun mətbuat xidməti bu transfer barədə ictimaiyyətə məlumat verib.

Açıqlamada qeyd olunub ki, yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 21 yaşlı futbolçu ötən ilin yay transfer pəncərəsində “Qarabağ” klubuna qoşulmuşdu.