
Dünyanın ən məşhur iqtisadi jurnallardan hesab olunan "The Economist" azərbaycanlı "futbol meneceri" barədə yazıb.
Apasport.az xəbər verir ki, söhbət Nail Zeynalov adlı agentin "qara qitə"də "qaranlıq işlərindən" gedir.
Məqalədə Zeynalov Fil Dişi Sahili və Afrikanın digər ölkələrində cavan oyunçuları aldadaraq, Polşa, Moldova və digər ölkələrin çempionatlarına aparmaq adı ilə onların valideynlərindən pullar aldığı bildirilib. Əslində azərbaycanlı agent onları Avropaya aparıb, ancaq sonradan "baxışdan keçmədi" deyərək onları yarı yolda qoyub.
Məqalədə 9 afrikalıdan söhbət gedir. Hətta onlardan birinin öldüyü vurğulanıb.
Məqalə ilə ətraflı bu linkdə tanış ola bilərsiniz.
http://economist.com/1843/2024/08/16/the-stra
Qeyd edək ki, Nail Zeynalov daha əvvəl Tovuzun "Turan" klubunda çalışıb.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL