Azərbaycanlı qrossmeyster beynəlxalq turnirdə ikinci oldu
15.02.2024 - 14:41
Azərbaycanlı qrossmeyster beynəlxalq turnirdə ikinci oldu

Azərbaycan şahmatçısı Gülnar Məmmədova "3rd Swiss Queens Wednesday" onlayn rapid turnirində ikinci yeri tutub.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Azərbaycanlı qrossmeyster 8,5 xal toplayıb.

Rusiyalı Anastasiya Bodnaruk (9,5 xal) bütün rəqiblərini qabaqlayıb. Hindistanlı Harika Dronavali də 8,5 xal toplasa da, əlavə əmsallar səbəbindən üçüncü yerlə kifayətlənib.

0