Azərbaycanlı referi Mahir Emrelinin komandasının oyununa təyinat aldı
04.03.2024 - 17:21
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.
Apasport.az "report"a istinadla xəbər verir ki, 36 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.
Qeyd edək ki, martın 7-də reallaşacaq "Dinamo" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
1
0