“Bakı-Xankəndi” veloyarışı: V mərhələ yekunlaşıb
14.05.2026 - 13:40
“Bakı-Xankəndi” veloyarışı: V mərhələ yekunlaşıb

Azərbaycanda start verilən “Bakı-Xankəndi” veloyürüşünün sonuncu - beşinci mərhələsi başa çatıb.

Apasport.az saytının turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu raundda idmançılar Tərtərdən start götürməklə Xankəndiyə qədər 181,3 km məsafə qət ediblər.

Mərhələnin qalibi İspaniyanın "Burqos" komandasının üzvü Caş Barnıt olub.

"Astana"dan Henok Mulubrhana ikinci, "Burqos"un digər üzvü, uruqvaylı Erik Antonio Faqundes üçüncü yeri tutub.

İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Növbəti gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov qalib olub. Üçüncü mərhələdə "Astana"nın rusiyalı üzvü Qleb Suritsa, dördüncü mərhələdə isə İtaliyanın "Bardiani CSF 7 Saber" komandasından Marko Manenti bütün rəqiblərini qabaqlayıb.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Turnirin mükafat fondu 50 000 avrodan çoxdur.