Bakıda "Böyük Dəbilqə" turniri start götürüb
16.02.2024 - 12:17
Bakıda "Böyük Dəbilqə" turniri start götürüb

Bu gün Milli Gimnastika Arenasında Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günü keçirilir.

Apasport.az xəbər verir ki, turnirin ilk günü 15 idmançımız xalça üzərinə çıxacaq. 

Qadınlar arasında -48 kq, 52 kq və -57 kq çəki dərəcələrində 8 cüdoçumuz, kişilər arasında isə -60 kq və -66 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

0