Bu gün Bakıda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İdmanda Hüquq və Ədalət: Yeni Antidopinq Çərçivəsi” adlı beynəlxalq konfrans təşkil olunub.
Apasport.az xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən hüquqşünaslar, antidopinq mütəxəssisləri və idman qurumlarının nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən sonra “Konstitusiyanın Qəbul Olunmasının 30 ili – Ədalət və Dürüst Yarış?” mövzusunda əsas sessiya keçirilib.
Sessiyada WADA eksperti Snezana Samardziç-Markoviç onlayn çıxış edərək 2027-ci il Ümumdünya Antidopinq Proqramında idmançı hüquqları barədə təqdimat edəcək. AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə isə agentliyin illik hesabatını təqdim edərək dürüstlük və ədalətli yarış prinsiplərinin gücləndirilməsinə diqqət çəkib.
Konfrans çərçivəsində iki plenar panel – “İdmanda hüququn əlilliyi: Yeni Antidopinq qaydalarının formalaşması” və “Daha ədalətli yarış uğrunda: İdmanda insan hüquqları” mövzularında müzakirələr keçiriləcək.
Hər iki paneldə WADA, Avropa Şurası, Almaniya, Fransa, Litva və Polşa Antidopinq Agentliklərinin nümayəndələri çıxış edəcəklər.
Qeyd edək ki, konfrans Azərbaycan Gənclər və İdman Nazirliyi, Ümumdünya Antidopinq Agentliyi (WADA) və AMADA-nın birgə təşkilatçılığı ilə keçirilir.