Bu gün Azərbaycanın idman tarixinə düşəcək yeni beynəlxalq tədbirin - “IRONMAN 70.3 BAKU” triatlon yarışının təqdimat mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, mətbuat konfransında gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə, həmçinin “IRONMAN” Qrupunun EMEA üzrə rəhbərləri — vitse-prezident və baş direktor Tomas Veje Olsen, nümayəndə Alberto Garriga, regional direktor Henrik Brovell və MDB üzrə eksklüziv “IRONMAN” lisenziya sahibi Nurlan Abduov iştirak ediblər.
Bildirilib ki, yarışa qeydiyyat oktyabrın 23-də başlayacaq. Turnir isə 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək.
Proqram çərçivəsində “IRONMAN 70.3” triatlonu, “Fun Run” 5 km qaçışı və “IRONKIDS” uşaq yarışı təşkil olunacaq.
Triatlon yarışının mərhələləri aşağıdakı kimi olacaq:
Üzgüçülük - 1,9 km (Xəzər dənizində tək dövrə)
Velosiped - 90 km (2 dövrə)
Qaçış - 21,1 km yarımmarafon (3 dövrə)
Bundan əlavə, 2026-cı il sentyabrın 4–6-da sakinlər və turistlər üçün geniş əyləncə proqramı, həmçinin “IRONMAN EXPO” zonası təşkil olunacaq. Burada ziyarətçilər rəsmi IRONMAN məhsulları və müxtəlif idman ləvazimatları əldə edə biləcəklər.
- "Qarabağa veloyürüş – Zəfərin izi ilə" layihəsi həyata keçirilib
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
- AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib