
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri davam edir.
Apasport.az xəbər verir ki, oktyabrın 4-də və 5-də A-D-C-B qrupları üzrə qarşılaşmalar olacaq.
Şənbə günü saat 22:00-da A qrupunda “APA” “Baku WS”, saat 23:00-da isə D qrupunda “Baku TV” “AZƏRTAC” ilə gücünü yoxlayacaq.
Bazar günü isə C və B qrupları üzrə saat 22:00-da “Yurd.Media” “Zəfər 44”ü, saat 23:00-da “Vətən” isə “Veteranlar”ı qəbul edəcək.
4 oktyabr
A qrupu 22:00 – “APA” – “Baku WS”
B qrupu 23:00 – “Baku TV” – AZƏRTAC”
5 oktyabr
C qrupu 22:00 – “Yurd.Media” – “Zəfər 44”
D qrupu 23:00 – “Vətən” – “Veteranlar”
Qeyd edək ki, Saat 22:00-da və saat 23:00-da Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcək.