
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə 300-dən artıq velosipedçi və paravelosipedçi iştirak edib.
Onlar Azərbaycan Respublikasının üçrəngli bayraqlarını daşıyan “Zəfər Yolu” motosikletçilər qrupunun müşayiəti ilə Veloparkdan start götürməklə Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövləq Bayrağı Meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda veloyürüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov mətbuat nümayəndələrinə verdiyi müsahibədə bildirib ki, hazırda federasiyanın qarşısında duran əsas məqsəd velosipedin idman növü kimi inkişaf etdirilməsi ilə yanaşı, ondan bir nəqliyyat vasitəsi kimi də geniş istifadə olunmasına dəstək verməkdir. Sahib Ələkbərovun sözlərinə görə, bunun üçün ölkəmizdə bütün lazımi infrastruktur mövcuddur və bu cür tədbirlər əhali arasında təbliğat işlərinə böyük töhfə verir.
Federasiyanın 1-ci vitse-prezidenti həmçinin əlavə edib ki, hazırda Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni seçilmiş rəhbərliyi dünya velosiped aləmində böyük rəğbət qazanmış “Tour d’Azerbaidjan” yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvimində bərpa olunması üçün danışıqlar aparır.
- Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır