Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a məğlub olan “Ferensvaroş” əvəzində bir futbolçusunun transferindən qazanc əldə edə bilər.
Apasport.az saytının Macarıstan mətbuatına istinadən məlumatına görə, “Beşiktaş” mərkəz müdafiəçisi Sami Mmaenin xidmətində maraqlıdır.
Mərakeş millisinin üzvünün bir həftə əvvəl “Qarabağ”la Bakıda keçirilən matçdakı performansı Türkiyə klubunun diqqətini çəkib. 1:1 hesabı ilə yekunlaşan görüşün 57-ci dəqiqəsində zədələnərək əvəzlənən Mmae üçün İstanbul nəhəngi qarşı tərəfə 1,5 milyon avro təklif etməyə hazırlaşır.
Qeyd edək ki, Sami Mmae zədə səbəbindən “Qarabağ”a 1:3 hesabı ilə məğlub olduqları cavab matçını buraxıb.
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- II Liqa: VII tura yekun vurulub
- Elvin Cəfərquliyev: “Mübarizələrdə vərəqə yox, top almağı fikirləşirəm”
- Qurban Qurbanov: “Çelsi"nin oyun sisteminə uyğunlaşmalıyıq“
- Əvəzedicilər Liqası: X turun təyinatları