Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirində rapid yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, memorialın ilk 3 günündə 10 şahmatçı rapid turnirində gücünü sınayıb.
3-cü oyun günündə – bu gün sonuncu 3 turun partiyaları keçirilib. Keçirilən oyunlardan sonra hesabında 14 xal olan Nadirbəy Əbdüsəttarov (Özbəkistan) turnir cədvəlində liderliyini davam etdirir. Fransisko Valyexo Pons (İspaniya) və Rauf Məmmədov 12 xalla 2-3-cü pilləni bölüşürlər. Van Hao (Çin) 10 xalla dördüncüdür. Rixard Rapport (Rumıniya), Şəhriyar Məmmədyarov 8 xalla 5-6-cı, Abdulla Qədimbəyli, Qukeş Dommaracu (Hindistan) 7 xalla 7-8-ci, Samuel Şenklənd (ABŞ) və Aydın Süleymanlı isə 6 xalla 9-10-cu yerdə qərarlaşırlar.
Sabah turnirdə fasilə olacaq. Ertəsi gün blits yarışlarına start veriləcək. Turnirin qalibi rapid və blits yarışlarının yekununda müəyyənləşəcək.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər