Balayev 5 ay oynamayacaq
09.07.2023 - 17:52
Balayev 5 ay oynamayacaq

Emil Balayev əməliyyat olunacaq.

“Neftçi”nin qapıçı Emil Balayev əməliyyat olunacaq.

Apasport.az-ın məlumatına görə, o, “Matç TV Kuboku” çərçivəsində keçirilmiş “Neftçi” – “Srvena Zvezda” oyununun sonlarında zədələnib.

“Neftçi”min baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bu haqda məlumat verib: “Emil Balayev Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdi. O, axil vətərinin total cırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu səbəbdən qapıçımız təqribən 5 ay yaşıl meydanlardan kənarda qalacaq”.

Qeyd edək ki, Balayev az əvvəl komandaya transfer olunub.

 

0