“Balkan Cup”da 2 qızıl medal
28.11.2023 - 11:54
“Balkan Cup”da 2 qızıl medal

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Balkan Cup”da 2 qızıl medal qazanıblar. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi altında Qaşim Maqomedov (63 kq) və Milad Beiqi Harçeqani (+87 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 
Maqomedov mübarizəyə 1/8 finaldan başlayıb. 

O, ardıcıl olaraq bolqarıstanlı, ispaniyalı və albaniyalı rəqiblərinə qalib gələrək, finala yüksəlib. Qaşim həlledici görüşdə italiyalı idmançı ilə də inamlı döyüşərək, qalib adına yiyələnib. 

Dünya çempionumuz Harçeqani isə Xorvatiya, Şimali Makedoniya və İspaniya taekvondoçularını məğlub edərək, öz çəki dərəcəsinin ən güclüsü olub.

0