“Barselona” onunla müqaviləni razılaşdırdı
14.03.2023 - 15:48
“Barselona” onunla müqaviləni razılaşdırdı

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirir.

Apasport.az saytı xəbər verir ki, Kataloniya təmsilçisi "Atletik"in müdafiəçisi İniqo Martineslə müqavilənin detallarını razılaşdırıb. 

31 yaşlı futbolçu yayda azad agent kimi Kataloniya klubuna keçəcək.

Qeyd edək ki, 2018-ci ildən Bilbao klubunun şərəfini qoruyan Martines davam edən mövsümdə 13 oyunda iştirak edib.

0