“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo bu ayın əvvəlində, İspaniya millisinin məşqi zamanı baldır əzələsində narahatlıq hiss edib.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, zədə səbəbindən təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Yarımmüdafiəçi bu gün Kataloniya klubunun düşərgəsində tibbi müayinədən keçib. Ona sol ayağının alt nahiyəsindən zədə diaqnozu qoyulub.
Bununla da, Olmo təxminən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq. O, La Liqada “Jirona” və Çempionlar Liqasında “Olimpiakos”la matçlarda oynamayacaq.
Amma Olmonun hələ də oktyabrın 26-da “Real”la oyunda iştirak etmək şansı var.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO