Baş məşqçi istəmədi, rəhbərlik qərar verdi
30.08.2023 - 23:37
Baş məşqçi istəmədi, rəhbərlik qərar verdi

Joao Palinya “Bavariya”ya keçməyə yaxındır.

Apasport.az-ın məlumatına görə, Münhen klubu sabah transferi yekunlaşdırmaq istəyir.

Portqaliyalı futbolçunun çıxış etdiyi “Fulhem”in baş məşqçisi oyunçunun satılmasına qarşı çıxıb. Marko Silva bu barədə klub rəhbərliyinə fikrini bildirsə də, onlar fərqli qərar verib. “Bavariya” keçmək istəyən Palinya komandanın yarımmüdafiə xəttindəki çatışmazlıqları aradan qaldıra bilər.

Qeyd edək ki, portuqaliyalı futbolçunun transfer qiyməti 40 milyon avro dəyərləndirilir. 
 

0