
"Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur".
Apasport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.
"Önəmli olan bu rəqibə qarşı necə reaksiya verməyimizdir. Hazırlıqlarımızı bu gün tamamlayacağıq. Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq".
- Millinin ən çox formada olan oyunçularından, həmçinin "Qarabağ"ın heyətində Çempionlar Liqasında önəmli fiqurlarından birisən. Son 2-3 gündə futbolçularla özün şəxsən psixoloji baxımdan, dəstək üçün söhbət aparmısan?
- Oyundan öncə komanda yoldaşlarımızla bu matç haqda danışmışıq. Komanda kimi oyuna hazırlaşırıq. Bütün komanda olaraq hamımız hazır olmalıyıq. Bu barədə söhbətimiz çox olur. Hazırlığımız yaxşıdır. Sabah yaxşı mübarizə aparacağıq.