Bəhlul “Qarabağ”da qalır - Ən çox maaş alan oyunçu olacaq
30.01.2024 - 13:58
Bəhlul “Qarabağ”da qalır - Ən çox maaş alan oyunçu olacaq

Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə “Qarabağ”da qalmağa razılıq verib. 

Apasport.az saytına verilən məlumata görə, müdafiəçi Ağdam klubu ilə yeni müqavilə imzalayacaq.

Bunun reallaşması an məsələsidir. 

Belədə, Mustafazadə Azərbaycanda ən yüksək məvacib alan yerli futbolçu olacaq.

“Qarabağ”da alacağı maaşına görə, o, “Neftçi” və millimizin kapitanı Emin Mahmudovu da geridə qoyacaq.

Qeyd edək ki, Bəhlulun “Qarabağ”la müqaviləsi mövsümün sonunda bitir. Ona bir çox təkliflər olsa da, Ağdam klubunda qalmağa ilkin razılıq verib.

0