“Beşiktaş” – “Neftçi” oyununda avstriyalı hakimlər
04.08.2023 - 16:16
“Beşiktaş” – “Neftçi” oyununda avstriyalı hakimlər

Konfrans Liqasının III təsnifat mərhələsinin “Beşiktaş” – “Neftçi” oyununun hakimləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərinin adlarını UEFA-nın mətbuat xidməti açıqlayıb.

Avqustun 17-dəki cavab matçını Avstriyadan olan hakimlər idarə edəcək. Yulian Veynbergerin fit çalacağı qarşılaşmada Andreas Vitşniq və Sara Telek köməkçi hakimlər olacaq. Stefan Ebner isə dördüncü hakim funksiyasını yetimə yetirəcək.

Qeyd edək ki, matç İstanbuldakı “Beşiktaş Park”da təşkil olunacaq.

0