Beşinci səfər zəfəri
23.09.2022 - 12:19
Beşinci səfər zəfəri

Azərbaycan millisi tarixində 5-ci dəfə səfərdəki rəsmi xarakterli turnirin matçında qalib gəlib.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasında qələbə sevinci yaşayıb.

C liqasında mübarizə aparan Canni de Byazinin yetirmələri 3-cü qrupun V turunun görüşündə Slovakiyanı məğlub edib – 2:1. Trnavadakı matçadək yığmamız yalnız 4 dəfə səfərdən üç xalla dönmüşdü.

Millimiz iki dəfə dünya çempionatının seçmə oyununda, üç dəfə Millətlər Liqasında qalib gəlib.

Millimizin rəsmi turnirlərdə səfər qələbələri
DÇ-2010-nun seçmə mərhələsi

10 oktyabr 2009. Vaduts. Lixtenşteyn - Azərbaycan 0:2
DÇ-2018-in seçmə mərhələsi
4 sentyabr 2016. San Marino. San Marino – Azərbaycan 0:1
Millətlər Liqası-2019
11 oktyabr 2018. Torshavn. Farer adaları - Azərbaycan 0:3
Millətlər Liqası-2021
8 sentyabr 2020. Nikosiya. Kipr - Azərbaycan 0:1
Millətlər Liqası-2023
22 sentyabr 2022. Trnava. Slovakiya – Azərbaycan 1:2
 

0