Bəxtiyarın komandası məğlub oldu
18.03.2024 - 00:31
Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, yığmamızın üzvü Bəxtiyar Həsənalızadənin şərəfini qoruduğu “Tuzlaspor” da növbəti matçına çıxıb.
Komanda “Erzurumspor”un qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Bəxtiyar meydana start heyətində çıxıb. O, sona qədər oynayıb və 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, “Tuzlaspor” 27 xalla 15-ci pillədə qərarlaşıb.
- II Liqa: III turun oyun cədvəli açıqlanıb
- "Neftçi"nin futbolçuları üçün seminar keçirilib
- Mehman Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
- Kərimovdan "Sabah" etirafı: "SƏVİYYƏ BAXIMINDAN ÇOX AŞAĞIDAYIQ"
0
0