Bir matça belə çıxmadı - "Zirə"dən ayrıldı
22.10.2025 - 13:39
Misli Premyer Liqasının təmsilçilərindən “Zirə”də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Vinsent Till ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı vingerin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Lüksemburq millisinin üzvü olan Vinsent Till bu ilin iyul ayında “Zirə”yə transfer olunmuşdu. O, komandanın heyətində bir matçda belə meydana çıxmayıb.
- Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır”
- “Turan Tovuz” – “Fənərbaxça” matçının başlama saatı bəlli oldu
- Millimiz Qəbələdə ilk yoxlanış matçını keçirib
- Prezident çempionatla bağlı sərəncam imzaladı
- AMADA UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
0
0