Birinci Liqa klubuna hakimliklə bağlı seminar keçirilib
26.03.2025 - 19:54

I Liqada çıxış edən “Karvan” klubunun üzvləri üçün seminar təşkil olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tədbirdə AFFA-nın Hakimlər Komitəsinin üzvü, keçmiş FIFA referisi Anar Salmanov, həmçinin Yevlax təmsilçisinin futbolçu və məşqçi heyəti iştirak edib.
Anar Salmanov oyun qaydaları barədə iştirakçılara məlumat verib, videoçarxda nümayiş olunan epizodları şərh edib. Həmçinin müxtəlif epiozdlarla bağlı müzakirələr aparılıb.
Görüşdə hakimlik və oyun qaydaları ilə bağlı suallar da cavablandırılıb.
- “Neftçi”də kütləvi ayrılıq: Bu oyunçulardan başqa...
- "Zirə"də yeni müqavilə: Rəşad Sadıqov braziliyalını buraxmadı
- Region Liqası: 1/4 finalın cütləri müəyyənləşib
- Diniyevin komandasında baş məşqçi dəyişikliyi: Tuncay Şanlı istefa verdi
- Aygün Kazımova və Aleyna Tilki dünya çempionatında səhnə alacaqlar
0
0