“Difai” I Liqada qalmağı bacardı - YENİLƏNİB
28.05.2025 - 17:57

Bu gün 2025/26 mövsümündə Azərbaycan I Liqasında çıxış edəcək sonuncu komanda bəlli olub.
Apasport.az xəbər verir ki, pley-off oyununda “Difai” “Hypers Quba” ilə qarşılaşıb.
Ağsulular mövsümü 9-cu pillədə başa vurub. Quba təmsilçisi isə II Liqada 4-cü olub.
Görüş "Difai"nin üstünlüyü ilə keçib. 3 qol vuran komanda qapısında bir top görüb - 3:1. Bununla da, Ağsu təmsilçisi çempionatda yerini qoruyub.
28 may (çərşənbə)
1-ci liqaya vəsiqə uğrunda pley-off oyunu
16:00. “Difai” – “Hypers Guba” 3:1
Baş hakim: Elçin Məsiyev
“ASCO Arena”
0
0