Qadın boksçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirini 9 medalla başa vurub.
Apasport.az xəbər verir ki, onlardan 2-si qızıl, 3-ü gümüş, 4-ü bürünc mükafata yiyələnib.
Son olaraq Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Savriyeva həlledici görüşdə komanda yoldaşı Günel Rəhimovanı, Rəhimova isə Şahina Nematovanı (Özbəkistan) məğlub edib.
Günel Rəhimova kimi, Mehparə Məmmədova (48 kq) və Lalə Namazlı (63 kq) da finalda məğlub olaraq ikinci yeri tutublar.
Daha əvvəl Anaxanım İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, 11 ölkənin 121 idmançısının qatıldığı “Böyük İpək Yolu”nda kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib