22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək.
Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, bununla bağlı qərarı Avropa Boks Konfederasiyası İtaliyanın Assizi şəhərində açıqlayıb.
Səsvermənin nəticəsinə əsasən, Azərbaycan digər rəqibləri Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi hüququ qazanıb. Bakıda keçiriləcək Avropa çempionatı oktyabr-noyabr ayına təsadüf edəcək. Qitənin ən güclülərinin bir araya gələcəyi və Azərbaycanın ilk dəfə qəbul edəcəyi yarışın dəqiq tarixi bu günlərdə dəqiqləşəcək.
Avropa Boks Konfederasiyası, həmçinin digər qitə çempionatlarının da ev sahiblərini açıqlayıb. Yeniyetmələr arasında Avropa birinciliyi iyulda Rumıniyada, məktəblilər arasında yarış avqustda Sloveniyada olacaq.
Qeyd edək ki, Azərbaycan millisi U-22-lərin son Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib