
Dekabrın 16-da Qazaxıstanın Karaqanda şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Apasport.az saytının məlumatına görə, 6 gün davam edəcək yarışda kişi boksçulardan ibarət Azərbaycan millisi də gücünü yoxlayacaq.
Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 15 idmançı rinqə çıxacaq. Çalışdırıcılar Karaqandada Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ruslan Qədirov (54 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, İlqar Salahov (hər ikisi 67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.
Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək.
Qeyd edək ki, bu gün Qazaxıstana yollanan yığma dekabrın 22-də Bakıya qayıdacaq.
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək