Boksçularımızdan Millətlər kubokunda 11 medal
23.01.2023 - 10:20
Boksçularımızdan Millətlər kubokunda 11 medal

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kubokuna yekun vurulub. 

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın sonuncu – altıncı günündə Azərbaycan millisi aktivinə 3 gümüş medal əlavə edib. 

Gənc boksçular arasında Lalə Mədətova (48 kq) və Aynur Mikayılova (52 kq), böyüklərdə Şəhla Allahverdiyeva (66 kq) turniri ikinci pillədə bitiriblər. 

Beləliklə, 13 ölkədən 100-dən çox idmançının qatıldığı Millətlər kubokuna 12 boksçu ilə yollanan yığmamız 11 – 2 qızıl, 3 gümüş və 6 bürünc medala sahib olub. İlin ilk beynəlxalq yarışında Mədətova, Mikayılova və Allahverdiyevadan öncə yeniyetmələrin mübarizəsində Banuçiçək Nəsirli (46 kq), gənclərdə Emili Rzayeva (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məktəbli boksçular arasında Səma Hüseynova (54 kq), gənclərdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), böyüklərdə Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq) və Esmira Məmmədova (63 kq) isə bürünc medala yiyələniblər.

0
DİGƏR XƏBƏRLƏR
Loading...