Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı
10.11.2022 - 10:24
Boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

Polşanın Keltse şəhərində boks üzrə beynəlxalq turnirə start verilib. 

Apasport.az saytının məlumatına görə, 16 ölkənin qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb. 

Komandamızın heyətində Eldar Quliyev (86 kq) Maşal Marefatla (Almaniya) üz-üzə gəlib. 1/4 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. 

Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Quliyev bu mərhələdə polşalı Klemens Şepanyakla döyüşəcək. Görüş noyabrın 11-də baş tutacaq.  

Qeyd edək ki, turnirdə final döyüşləri noyabrın 13-də olacaq. 
 

0