Boyan İliç: "Qarabağ"ın "Bayer"lə görüşlərdə şansı var" - Müsahibə
26.02.2024 - 20:03
Boyan İliç: "Qarabağ"ın "Bayer"lə görüşlərdə şansı var" - Müsahibə

"Qarabağ"ın sabiq futbolçusu, hazırda futbol agenti kimi fəaliyyət göstərən, millimizin forvardı Musa Qurbanlının "Yurqorden"ə keçidində önəmli rol oynayan Boyan İliç apasport.az saytına müsahibə verib. 

- "Qarabağ" "Braqa" səddini keçməyi bacardı. İlk oyundan sonra inam böyük idi, yoxsa yenə də çətin olacağını ehtimal edirdin?
- Çətin olacağını gözləyirdim. Çünki rəqib güclü idi. "Braqa" əla komandadır. Amma "Qarabağ" əla oyun nümayiş etdirərək, layiqli şəkildə növbəti mərhələyə adladı.

- Sizcə, qarşılaşmanın bu qədər dramatik və gərgin keçməsinin səbəbi nə idi?
- Buna səbəb "Qarabağ"ın meydanda 10 nəfərlə qalması idi. Hər halda, meydançadakı futbolçuların sayı eyni olsaydı, "Qarabağ" üçün daha asan olardı. Matç da bu qədər dramatik alınmazdı. 

- Baş hakimin "Qarabağ"a qarşı qərəzli olduğunu düşünürsüz, yoxsa verilən qərarlar doğru idi?
- Bir çox epizodlarda baş hakim düzgün qərarlar verdi. Bəzi epizodlarda isə səhvə də yol verdi. Bu da normal haldır. Axı, hakim səhvləri hər yerdə olur. Bunlara alışmaq lazımdır. 

- 10 nəfərlə 2 qol vurmaq, əlavə dəqiqələri qalib başa vurmaq... "Qarabağ"ın bu cür xarakter göstərməsini nə ilə əlaqələndirirsiz?
- Bəli, "Qarabağ" əsl xarakter göstərdi. Sona qədər mübarizə apardı. Xarakter illərlə yaranan bir şeydir. "Qarabağ" çox xarakterli komandadır. Baş məşqçi futbolçuları psixoloji olaraq da hazırlayır. "Qarabağ"ın xarakterli komanda olması, onların psixoloji cəhətdəndən də hazırlıq keçməsinin göstəricisidir. 

- Nəriman Axundzadə Braqada vura bilməsə də, Bakıdakı matçda həlledici qolu vurdu. Bu yəqin ki, futbolun ironiyası idi.. Bu barədə fikrin necədir?
- Futbolçu bəzən qol vurur, bəzən vura bilmir. Bu, hər futbolçunun başına gələ biləcək işdir. Nəriman da onlardan biridir. Amma "Braqa" ilə görüşdə vurduğu həlledici qol ona böyük inam qazandıracaq. Yaxşı da qol alındı. 

- Növbəti mərhələdəki rəqibimiz bəlli oldu. Yenidən “Bayer”lə qarşılaşacağıq. Bu barədə fikrin necədir? Şans var?
- "Qarabağ" indi "Bayer" haqda daha çox məlumatlıdır. Bu mənada, "Qarabağ" budəfəki oyuna ilk dəfəkindən daha yaxşı hazırlaşacaq. "Qarabağ" bu mərhələyə təsadüf nəticəsində gəlib çıxmayıb. Onlar oyunu, intizamı, inamı sayəsində buralardadır. Bu mənada, "Qarabağ"ın "Bayer"lə görüşlərdə də şansı var. 

- Musa Qurbanlının "Yurqorden"dəki performansı haqda fikrin necədir? Səncə, bu dəfə daha yaxşı çıxış edəcək? 
- Musa komandaya yaydan bu yana yaxşı adaptasiya olub. O, indi "Yurqorden"də öz səviyyəsini, nəyə qadir olduğunu göstərəcək. Buna çox əminəm. Musa çox yaxşı futbolçudur.

0