Böyük dəbilqədə iştirak edəcək CÜDOÇULARIMIZ
20.03.2023 - 20:45
Böyük dəbilqədə iştirak edəcək CÜDOÇULARIMIZ

Azərbaycan cüdoçuları Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 24-26 martda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək. 

Apasport.az saytının məlumatına görə, üç gün davam edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək.

Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.

Yarışda ACF-in A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Kişilər
60 kq
Kəramət Hüseynov 
Turan Bayramov 

66 kq
Kamran Süleymanov 

73 kq
Rəşid Məmmədəliyev 
Nəriman Mirzəyev 

81 kq
Rüstəm Orucov 
Elcan Hacıyev 

90 kq
Vüqar Talıbov 

+100 kq
Camal Qamzatxanov

Qadınlar
48 kq
Leyla Əliyeva 

52 kq
Gültac Məmmədəliyeva 
Aydan Vəliyeva 

57 kq
Fidan Əlizadə

0