Böyükağa Hacıyevin ölümündən 5 il keçdi
16.03.2023 - 00:28
Böyükağa Hacıyevin ölümündən 5 il keçdi

Bu gün “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin anım günüdür.

Apasport.az xəbər verir ki, 2018-ci il martın 16-da B.Hacıyev keçirdiyi infarktdan sonra 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Böyükağa Hacıyev “ağ-qaralar”a Azərbaycan çempionluğu (2012, 2013), ölkə kuboku (2013, 2014) və Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə (2012) qazandırıb.

Allah rəhmət eləsin!

0