"Braqa"nın baş məşqçisi: "Məyusluğu və kədəri aydın başa düşürəm"
16.02.2024 - 10:19
"Braqa"nın baş məşqçisi: "Məyusluğu və kədəri aydın başa düşürəm"

"Bu, nəticəyə görə mənə ən çox baha başa gələn oyun oldu". 

Apasport.az xəbər verir ki, bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje “Qarabağ”a 2:4 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Portuqaliyalı mütəxəssis evdə, azarkeşləri qarşında məğlubiyyəti belə şərh edib: "Əslində izah etməsi çox çətin məğlubiyyətdir. Bir qədər narahatlıq hiss etdik. "Qarabağ" bərabərliyi pozdu. Biz dərindən düşünməliyik ki, qopmaq əvəzinə, bir araya gələ bilək. Dərhal bu yanaşmanı tətbiq edəcəyik. Çünki bilirik ki, bir neçə gün sonra yenidən qarşılaşacağıq. Ruh olmalıdır. Etdiyimizdən artığını etmək çətindir”.

O, azarkeşlərin "ağ bayraq qaldırması"na barədə bunları deyib: "Mən məyusluğu və kədəri aydın başa düşürəm... Bu, nəticə və azarkeşlərin üsyanına görə mənə ən çox baha başa gələn oyun oldu. Mənim də hisslərim var və bunu anlayıram. Mənim rolum tənqidləri qəbul edib anlamaqdır. Düşünürəm ki, onlar ədalətli idilər. Yalnız söz verə bilərəm ki, biz daha çox çalışmalı və daha çox iş görməliyik ki, azarkeşlərimiz üsyan etmək əvəzinə yanımızda olsun”.

 

 

0