"Braqa"nın futbolçusu: "Mərhələni keçmək istəyirik"
21.02.2024 - 21:32
"Braqa"nın futbolçusu: "Mərhələni keçmək istəyirik"

"Braqa"nın futbolçusu Simon Banza Avropa Liqası Pley-off mərhələsinin "Qarabağ"la cavab matçından öncə mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, konqolu hücumçu əvvəlcə oyun haqqında fikirlərini bildirib, daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- İlk oyunda "Qarabağ"a məğlub olmuşuq. Təbii ki, onlar yaxşı komandadır. Amma biz çox istəkli, yaxşı motivasiyadayıq. Yaxşı da oyun nümayiş etdirib növbəti mərhələyə çıxmaq istəyirik.

- Rikardo Horta sabah oynamayacaq, əvəzində Bruma qayıdıb. Bu durumu necə şərh edərdiniz?

- Brumanın qayıtması komanda üçün sevindiricidir. O, həm yaxşı, həm də fərqli oyunçudur. Qol vurmağı, asist etməyi bacarır. Horta da, Bruma da yaxşı oyunçulardır. Ümid edirəm ki, sabah Bruma mənim üçün asist edəcək.

- Rəhbərlik bu oyunda komandadan qələbə tələb edib. Bu siz futbolçulara necə təsir edəcək?

- Baxır kim necə görür. Biz bunu motivasiya kimi dəyərləndiririk. Hər oyuna qələbə üçün çıxırıq.

0