“Brayton” yola gətirildi
10.08.2023 - 01:27
“Brayton” yola gətirildi

“Çelsi” Moyses Kaysedonun transferini yekunlaşdırmaq üzrədir.

Apasport.az-ın məlumatına görə, London klubu “Brayton”la ortaq məxrəcə gələ bilib.

“Zadəganlar” yarımmüdafiəçinin keçidini İngiltərə Premyer Liqasının startınadək həll etmək istəyirlər. Bu səbəbdən “Çelsi” transfer üçün 100 milyon avro ödəməyə razılaşıb. Londonluların bir neçə təklifindəm imtina edən “Brayton” bu dəfəki təklifə müsbət cavab verib.

Qeyd edək ki, 2021-ci ildən komandada çıxış edən Moyses 43 oyunda meydana çıxıb.
 

0