Bu gün Bakıda keçiriləcək dünya çempionatının püşkü atılacaq
12.03.2025 - 12:22
Bu gün Bakıda keçiriləcək dünya çempionatının püşkü atılacaq

Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının bu gün püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, mundialda iştirak edəcək 32 komanda 4 səbətə bölünüb.

Yarışın favoritlərindən sayılan, Elşad Quliyevin baş məşqçisi olduğu Azərbaycan yığması Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya və Slovakiya ilə birlikdə I səbətdə yer alıb.

II səbətdə Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritaniya, Qana, III səbətdə İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina Tailand, BƏƏ, Çad, İspaniya və Sloveniya qərarlaşıb.

Polşa, Hindistan, Türkiyə, Kosta-Rika, İsrail, Bəhreyn, Özbəkistan və Argentina isə IV səbətdə yer alıb.

Turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.

Qeyd edək ki, Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən beşinci dəfə təşkil ediləcək mundialın son qalibi Rumıniya yığması olub.