Bu gün daha 3 cüdoçumuz Antalyada yarışacaq
30.03.2024 - 12:16
Türkiyənin Antalya şəhərində təşkil olunan "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz bu gün iki çəki dərəcəsində güclərini sınayacaqlar.
73 kq-da Vüsal Qələndərzadə Keysey Nakano (Filippin) ilə, Rəşid Məmmədəliyev isə Mark Xristovla (Bolqarıstan) qarşılaşacaq. Omar Rəcəblinin (81 kq) ilk rəqibi Joao Fernando (Portuqaliya) olacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0