Cəlal fərqləndi, “Arda” qalib gəldi
28.07.2023 - 22:13
Cəlal fərqləndi, “Arda” qalib gəldi

Cəlal Hüseynovun çıxış etdiyi “Arda” yoxlama oyununda qüvvəsini sınayıb.

Apasport.az-ın məlumatına görə, görüş 20 yaşlı futbolçu üçün uğurlu olub. 

“Arda” digər Bolqarıstan təmsilçisi “Etar”la qarşılaşıb. Oyunda hesab Cəlalın dəqiq zərbəsi ilə açılıb. Yekunda qarşılaşma həmyerlimizin komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu, Hüseynovun yeni klubunda ikinci matçı olub. 20 yaşlı müdafiəçi “Arda” ilə üç illik müqavilə imzalayıb.
 

0