Cəlal Hüseynovun komandasından böyükhesablı məğlubiyyət
25.02.2024 - 11:13
Cəlal Hüseynovun komandasından böyükhesablı məğlubiyyət

Futbol üzrə Bolqarıstan çempionatında XXII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, milli komandamızın üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə Sofiya "Levski"sinin qonağı olub. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Gənc futbolçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

22 turdan sonra 31 xal toplayan "Arda" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0