Cəlaldan debüt qələbəsi
05.08.2023 - 01:38
Cəlaldan debüt qələbəsi

Cəlal Hüseynov “Arda”nın heyətində ilk rəsmi oyununu keçirib.

Apasport.az saytı xəbər verir ki, onun komandası mövsümdə birinci qələbəsini qazanıb.

“Arda” Bolqarıstan çempionatının 3-cü turunda “Botev”in qonağı olub. Qarşılaşma Karcali klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cəlal oyunun 73-cü dəqiqəsində meydana daxil çıxıb. 20 yaşlı müdafiəçinin çempionatdakı debütü uğurlu alınıb.

Qeyd edək ki, “Arda” 3 turdan sonra 4 xal toplayıb.
 

0