"Liverpul"un yeni futbolçusu Kodi Xakponu İngiltərədən "Çelsi"nin də istədiyi bəlli olub.
Apasport.az xəbər verir ki, dekabrın sonunda London klubu da cinah oyunçusunu transfer etməyə cəhd göstərib.
Ancaq "Liverpul"un PSV-nin futbolçusunu almaqda ciddi maraq göstərdiyini öyrənən londonlular onu özləri transfer etməyə çalışsalar da, rədd cavabı alıblar.
"Zadəganlar" əlavə ödənişlər də daxil olmaqla, Xakpo üçün 35,4 milyon funt sterlinq ödəməyə hazır olub. "Liverpul" isə 37 milyon funt sterlinq və daha 8 milyon funt-sterlinq bonus təklif edib. Nəticədə Niderland millisinin futbolçusu "Liverpul"la 5,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kodi Xakponu istəyənlər arasında "Mançester Yunayted"in də adı çəkilirdi.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir