Çempionlar Liqası: “Zirə” də 1/4 finalda
08.09.2023 - 13:54
Çempionlar Liqası: “Zirə” də 1/4 finalda

“Zirə” Rumıniyanın Oredea şəhərində minifutbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

Apasport.az saytı xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Macarıstanın "Şanto" klubunu mübarizədən kənarlaşdırıb.

Onlar rəqiblərini 4:0 hesabı ilə məğlub ediblər. “Zirə” növbəti görüşündə Böyük Britaniyanın "Sokker Sikses" klubu ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, “Zirə”dən öncə Azərbaycanın "Birbaşa Bakı" klubu da Çempionlar Liqasında 1/4 finala yüksəlib. Təmsilçimiz yarımfinala gedən yolda yarışın ötən ilki qalibi, ev sahibi “AEK Oradea" komandası ilə mübarizə aparacaq.

0