Çexiya - Azərbaycan oyununun hakimləri açıqlanıb
07.10.2025 - 12:22
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Yovan Kaçevski idarə edəcək.
Ona Daniel Vasilevski ilə Aleksandar Georgieski kömək göstərəcək. Dördüncü hakim funksiyasını Krumislav Georgiev yerinə yetirəcək.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, saat 20:00-da Karvina şəhər stadionunda start götürəcək.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO
0
0