Ceyhun Sultanov: “Bu kimi şeylər bizə mənfi təsir göstərə bilər”
27.11.2024 - 15:49
Ceyhun Sultanov: “Bu kimi şeylər bizə mənfi təsir göstərə bilər”

"Mənim fikrimcə bu görüşdə ağdamlılar hücum futbolu oynacaq və dominant olmağa çalışacaqlar.”

Bu sözləri apasport.az saytına açıqlamasında Ceyhun Sultanov deyib.

Azərbaycan millisinin sabiq üzvü “Qarabağ” - “Lion” görüşü barədə düşüncələrini bölüşüb: “Ağdamlılar öz meydanında rəqibini məğlub etməyi bacaran bir komandadır. Nəinki evdə, hətta səfərdə də qələbə qazanmağı bacarırlar. Amma bu gün Fransa liqasında mübarizə aparan bir kluba qarşı təxminim yoxdur. Baxmayaraq ki, “Lion” hazırda yaxşı vəziyyətdə deyil. Düşünürəm ki, şanslarımız var.

“Qarabağ” bu görüşdə uğurlu nəticə əldə etmək üçün öz oyununu oynamalıdır. Hərçənd ki, klubumuz öz tərzini heç vaxt dəyişmir. “Qarabağ” hər bir komandaya qarşı eyni futbolu sərgiləyir. 

“Lion”un ölkə çempionatında işləri yaxşı getmir. Düşünürəm ki, bu kimi şeylər bizim üçün müsbət deyil, mənfi təsir göstərə bilər. Çünki düşünürük ki, “Lion” aşağı liqaya düşə bilər, şansımız daha da yüksələ bilər. Amma əsla elə birşey yoxdur. “Lion” Fransa liqasında oynayırsa, aşağı düşməsindən asılı olmayaraq, güclü rəqibdir. Yenə də “Qarabağ”a uğurlar arzu edirəm”.

Qeyd edək ki, noyabrın 28-də baş tutacaq “Qarabağ” - “Lion” görüşü Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Hacı Heydər

0