ÇL: “Qalatasaray”ı Litvada üzən heç-heçə
26.07.2023 - 01:19
ÇL: “Qalatasaray”ı Litvada üzən heç-heçə

Çempionlar Liqası II təsnifat mərhələsinə start verilib.

Apasport.az-ın məlumatına görə, Türkiyə çempionu “Qalatasaray” səfərdən heç-heçə ilə dönüb.

Okan Burukun yetirmələri Litvada “Jalgiris”in müqavimətini qıra bilməyiblər. Meydan sahibləri əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurulan qol sayəsində məğlubiyyətdən qaçıblar. Qeydə alınan 2:2 hesabı bu cütdə “Qalatasaray”ın mərhələ adlamaq şansını yüksəldir.

Xorvatiya çempionu öz meydanında böyük hesabla qalib gəlib. Zaqreblilər “Astana”nın qapısından 4 cavabsız top keçiriblər. 

Qeyd edək ki, mərhələnin digər oyunları bu gün keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul


HJK (Finlandiya) – “Molde” (Norveç) – 1:0
“Jalgiris” (Litva) – “Qalatasaray” (Türkiyə) – 2:2
“Dinamo” (Xorvatiya) – “Astana” (Qazaxistan) – 4:0
“Dnipro-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan) – 1:3 
“Servett” (İsveçrə) – “Genk” (Belçika) – 1:1
“Zrinski” (Bosniya və Hersoqovina) – “Slovan” (Slovakiya) – 0:1 
“Breydablik” (İslandiya) – “Kopenhagen” (Danimarka) – 0:2

0